Hikmət Hacıyev: "Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür"
Tarix: 17-10-2020, 02:15
Newscenter.az.17.10.2020. "Ermənistana yeni raket sistemləri gətirilib. Dərhal xain və qəddarcasına Azərbaycan şəhərlərinin dinc əhalisinə təcavüz etməyə başladılar".
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür", - deyə Hikmət Hacıyev qeyd edib.