Newscenter.az.17.10.2020. Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Azərbaycanın Müdafiə Naziri Zakir Həsənova zəng edib.
Newscenter.az haberturk.com-a istinadən xəbər verir ki, türkiyəli nazir azərbaycanlı həmkarından işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi istiqamətində ölkəmizin həyata keçirdiyi hərbi əməliyyat barədə məlumat alıb.
Hulusi Akar işğalçı Ermənistanın ötən gecə Gəncəyə raket zərbəsi endirməsinə diqqət çəkərək bildirib ki, Ermənistan yenə uşaq, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı qətlə yetirib: "Ermənistan müharibə cinayəti işləmək, atəşkəs, sülh danışıqları deyə çağırış edənlər isə bu cinayəti kənardan izləməkdədir. Mülki insanlara qarşı ballistik raketlərlə hücum əmrini verənlər mütləq bunun hesabını verəcəklər. Bu vəhşətə seyrici qalanları da tarix bağışlamayacaq". Hulusi Akar əmin olduğunu bildirib ki, Azərbaycan Ordusu Gəncədə mülki insanların qətlə yetirilməsinin cavabını verəcək və həlak olanların qanını yerdə qoymayacaq.
Türkiyəli nazir Azərbaycan Ordusunun Füzuli şəhərini işğaldan azad etməsi münasibətilə azərbaycanlı həmkarını təbrik edib Hulusi Akar deyib ki, torpaq bütövlüyün qorumaq uğrunda Azərbaycanın apardığı mübarizəyə sona qədər dəstək verəcəklər.
Mehman