Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə həlak olanların xatirəsi Vaşinqtonda anılıb



Newscenter.az.18.10.2020. Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc insanlara qarşı törətdiyi qanlı hücum zamanı həlak olanların xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anılıb.

“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-Azərbaycan icmasının üzvləri Vaşinqtondakı səfirliyin binası qarşısına gələrək, mülki insanların qətlindən kədərləndiklərini bildiriblər. Səfirliyin inzibati binasının divarlarına “Gəncə 17.10.2020” sözləri yazılıb. Eyni zamanda səfirliyin hasarına qətliam zamanı öldürülən uşaqların fotoları vurulub. Uşaq oyuncaqları düzülərək onların xatirəsi yad edilib.
Xəbəri paylaş