Newscenter.az.19.10.2020. Azərbaycan Ordusu Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə özünün ərazi bütövlüyünü təmin edir, torpaqlarımızın azadlığı uğrunda haqq mübarizəsini davam etdirir. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın edir, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizləyir. Doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımız dalğalanır. Artıq Sərhəd Xidmətinin qoşunları Azərbaycanın düşməndən azad olunmuş torpaqlarında sərhədlərin qorunmasını təmin edir.
Prezident İlham Əliyev son 100 ildə müstəqil Azərbaycanın əldə edə bilmədiyi tarixi missiyanı uğurla həyata keçirərək tarixi ədaləti bərpa edir. Bütün dünya Azərbaycanlıları bu gün müqəddəs haqq işində Cənab İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşib.
Bu gün öz Liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirən 60 milyon qəlb bir ürək kimi döyünür. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Ümummili Liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu gün özünün ən möhtəşəm şərəfli zirvəsinə çatıb.
60 milyonluq xalq bu gün Ali Baş Komandanına dərin sədaqətlə, ehtiramla, məhəbbətlə milli ruh və milli birlik, azərbaycançılıq ideologiyası ətrafında son 100 ilin tarixində olmadığı qədər daha möhtəşəmliklə bütövləşib.
Prezident İlham Əliyev Azərbaycan xalqının 100 illik milli arzusunu gerçəkləşdirir, milli ruhunu və qürurunu şərəfləndirir, qürurlandırır, qətiyyəti, cəsarətli və müdrikliyi ilə Dünya Azərbaycanlılarının lideri olduğuunu təsdiqləyir.
O, 60 milyonluq Azərbaycanlının, 170 milyonTürkün şərəfini, ləyaqətini göylərə qaldırır.
Bu gün Azərbaycan xalqı, dünya azərbaycanlıları İlham Əliyevin rəhbərliyi ilə daha mütəşəkkil, daha güclü, daha millidir.
İlham Əliyev milli maraqlarımızın, azərbaycançılığın, milli birliyin Simvoludur.
Ali Baş Komandan qətiyyətli, əzmkar və yeni geosiyasi dünya şərtlərində Özünün şərtlərini diqtə edən Liderdir.
Tanrı Sizi Qorusun Cənab Prezident!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor