Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısı: "Böyük qayıdış astanasındayıq"



Newscenter.az.20.10.2020. “Biz böyük qayıdış astanasındayıq. Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar”.

Bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.

“Baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb. Bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilib. Onlar bu qayğıya görə bizə minnətdarırlar”, - deyə Prezident qeyd edib.
Xəbəri paylaş