Newscenter.az.20.10.2020. “ABŞ -ın dövlət katibi M. Pompeonun dəvəti ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda birgə görüşündə atəşkəsin əldə edilməsi gözlənilmir. ABŞ-ın mövqeyi hazırda neytraldı və hərbi əməliyyatların davam etdirilib, ərazi bütövlüyünün təmin olunması onun regional maraqları çərçivəsindədir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Azərbaycanın diplomatik təmasları və görüşlərdə iştirakı lazımdır və bununla paralel uğurlu hərbi əməliyyatları da davam etdirir:
“Hazırkı mərhələdə atəşkəsin əldə edilməsi Azərbaycan üçün məqbul deyil. M.Pomoeo Vaşinqtonda Ermənistan tərəfinə baza prinsiplərini qəbul etməsini və atəşkəsin dayandırılmasını təklif etməsi şübhəsizdir. Ümumiyyətlə Vaşinqton görüşü Azərbaycana Moskva görüşündən daha uyğundur və burada Vaşinqton stavkanı Bakıya verir. Ərazi bütövlüyünün təmin olunması ABŞ -da prioritet istiqamətlərdəndir. Tramp adminstrasiyası regionda Ermenistanı dəstəkləməyəcək”.
Mehman