Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnam Kərimov ermənilərin aqrar sektorumuza vurduğu ziyandan danışdı



Newscenter.az.20.10.2020. “Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması cəbhəyanı və ətraf ərazilərdə yaşayan 100 min çox fermerin həyatına təsir edib”.

Newscenter.az xəbər verir ki, bunu “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

"Çoxlu sayda mal-qara təlafatı qeydə alınıb, on minlərlə əkin sahələrində biçin məhdudlaşdırılıb. Kənd təsərrüfatı texnikaları məhv edilib, suvarma sistemləri dağıdılıb. Bununla əlaqədar, Kənd Təsərrüftaı Nazirliyi beynəlxalq tərəfdaşlarına müraciətlər ünvanlayaraq Ermənistanın işğal siyasətini qətiyyətlə qınamağa çağırıb. Ermənistanın aqresiyasının yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyini və aqro biomüxtəlifliyini sarsıtdığı diqqətə çatdırılıb”, - deyə o, qeyd edib.
Xəbəri paylaş