Newscenter.az.20.10.2020. Azərbaycan Ordusunun erməni təxribatlarına qarşı başladığı uğurlu əkshücum əməliyyatlarına təkcə ölkə vətəndaşları deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz dəstək verir.
Newscenter.az xəbər verir ki, yüksək səviyyədə maddi texniki baza ilə təmin olunan ordumuzun maddi yardıma ehtiyacı olmasa da, xalqımız həmrəylik nümayiş etdirərək əsgərlərmizə dəstək olmaqda davam edir.
Dünyanın 32 ölkəsində yaşayan Azərbaycan xanımlarını təmsil edən Azerbaijani Ladies Clubu və SAF təşkilatina edilən ianələr hesabina humanitar yardimlar hayata kecirilir. Belə ki, yığılan vəsait hesabına mulki vətəndaşlara və əsgər ailələrinə maddi yardim edilir Həmçinin Tovuz Baltiyanın təşəbbusu ilə əsgərlərmizə isti geyim, ərzaq, tibbi vəsaitlər göndərilir.
Qetd edək ki, Azerbaijani Ladies Club, SAF və Tovuz Baltiyanın birgə təşkilatçılığı ilə əsgərlərmizə dəstək aksiyası davam etdirilir. Budəfəki aksiyanın əhatə dairəsi daha da genişləndirilib. Belə ki, dəstək aksiyasından əsgərlərimizlə yanaşı, onların ailələri, o cümlədən cəbhə zonasında yaşayan műlki vətəndaşlarımız da yararlanıblar.
Anar