Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatdı
Tarix: 21-10-2020, 11:19
Newscenter.az.21.10.2020. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.