Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Haqqın və gücün birliyi Azərbaycanı möhtəşəm qələbəyə doğru aparır!



Newscenter.az.21.10.2020. Doğma torpaqlarımızı düşmənə qan qusduraraq, bu gün yaşadığımız möhtəşəm qələbələrin fonunda qaytarmağımız üçün, həqiqətən də bu illəri gözləməyə dəyərdi. Bu qələbələri əldə etməyimizi təmin edən güclü ordumuz və xalqımızın birliyi göstərdi ki, bu illər ərzində dövlətimz əsas amalı uğrunda hər gün bir addım da olsa irəliyə gedib.

Baş verənlər bir daha göstərdi ki, sən haqqlı ola bilərsən, ancaq bu sənin qalib gəlmən üçün kifayət etmir! Qalib gəlmək üçün, o haqqlılığını gücünlə bərabərləşdirməli və birləşdirməlisən!

Vəhşi təbiət qanunlarından heç də fərqli idarə olunmayan dünya, bir daha sübut etdi ki, ədalət, hüquqlar, azadlıqlar və demokratiya kimi prinsiplər onun üçün simvolik xarakter daşıyır. Gücə münasibətdə bu cür simvolik amillər əhəmiyyətsizləşir və gücün qarşısında baş əyir!
Hamı haqqlının yanında olduğu görüntüsünü nümayiş etdirsə də, əslində güclünün yanındadır!
Əslində Qarabağ münaqişəsi ilə bağlı real həqiqətləri dar çərçivədə bilən dünyadakı bəzi quvvələr, reallıqların həmin dar məcradan sızmasına heç bir vəchlə imkan vermirdilər.

Ancaq hazırki proseslərdə artıq bir aydır ki, ordumuzla paralel, Prezident və Ali Baş Komandan İlham Əliyev də, həm diplomatiya sahəsində, həm də informasiya platformasında gərgin və yorulmaz mübarizə aparmaqdadır!

Məhz bu gərgin mübarizəsi çərçivəsində Prezident, ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrə uyğun olaraq, bütün dünya ictimaiyyətini əhatə edən auditoriyaya malik aparıcı telekanallara fasiləsiz olaraq verdiyi məntiqli, əhatəli və 32 illik münaqişəni detallı şəkildə əhatə edən dolğun müsahibələri ilə bizə münasibətdə formalaşdırılmış möhkəm və qərəzli informasiya blokadasını da darmadağın etdi!

Bundan sonra nə olursa olsun, bütün dünya siyasətçiləri və dövlət rəhbərləri Azərbaycan Prezidentinə daha fərqli gözlə baxmalı olacaqlar!
Bütün dünyada hər bir Azərbaycan əsilli insana da əvvəlki kimi, kimlərdənsə haqq və ədalət uman xalqın nümayəndəsi kimi deyil, haqqı və ədaləti öz gücünə təmin edən xalqın nümayəndəsi kimi münasibət göstəriləcək!

Bütün beynəlxalq platformalarda Azərbaycana aid kürsü hamının görməsi üçün daha da yuxarı qaldırılacaq, üzərinə düşən işıqlar gücləndiriləcək, mikrofonunun səsi daha da artırılacaq!

Bütün bu dəyəri heç bir qiymətli əşya ilə ölçülə bilməyən, əvəzolunmaz hissləri bizə yaşadan Ali Baş Komandanından, sıravi qəhrəman əsgərlərinə qədər bütün müzəffər və şanlı ordumuza təşəkkür edirik!

Uca Tanrı hər birinizi qorusun!

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş