Meloratorlar Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Tarix: 21-10-2020, 11:25
Newscenter.az.21.10.2020. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki “Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti”-nin işçiləri bir aylıq əmək haqlarının 50%-ni işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir.
Sevinc