Newscenter.az.22.10.2020. Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Müdafiə Nazirliyinin məlumatına görə, düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.
"Report"un Yuxarı Şirvan bürosu Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Kürdəmir rayonu ərazisində zərərsizləşdirilən raketin düşdüyü yeri görüntüləyib. Həmin fotoları təqdim edirik.