Newscenter.az.22.10.2020. Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibəsində Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı vətən müharibəsinin başlanma səbəblərini həm Rusiya ictimayyətinə və həm də beynəlxalq ictimayyətə bütün detalları ilə açıqladı. Prezidentin açıqlamasında bu müharibənin baş verməsinin əsil günahkarının məhz Ermənistan olduğ arqumentlərlə, faktlarla o qədər məharətlə izah edildi ki, münaqişə barəsində məlumatı az olanlar belə əsil həqiqətin nədən ibarət olduğunu tam anlamış oldu.
Biz torpaqlarımızın işğaldan azad edilməsinin müharibə yolunun tərəfdarı olsaydıq, bu müharibəni illər öncə də başlaya bilərdik. Çünki Azərbaycan ordusu artıq çoxdan idi ki, dünyanın ən güclü orduları sırasında yer almışdı. Lakin biz yüksək humanizm prinsiplərini əldə rəhbər tutaraq, on illər boyunca bu münaqişəni sülh yolu ilə həll etmək istədik. Ancaq nə yazıq ki, qarşımızdakı terroris erməni dövləti bunu dəyərləndirməyi bacarmadı. Erməni xalqının beynini yumuş Sarkisyan və Koçaryan kimi cinayətkarlar cəlladların ardınca Eremənistanda hakimiyyətə demokratiya cildinə girmiş faşist xislətli yeni bir cəllad – Paşinyan gəldi. Hakimiyyt kürsüsündə bir qədər oturduqdan sonra bu siyasi deletant inandı ki, Azərbaycanın əlindən nəinki Dağlıq Qarabağı almaq mümkündü, hətta Dağlıq Qarabağın ətrafında işğal altına saxlanılan yeddi rayonunun da ərazisini Dağlıq Qarabağa qatıb müqəddəs torpaqlarımızda ikinci erməni dövləti yaratmaq olar. Bu siyasi savadsız Azərbaycanı o qədər gücsüz gördü ki, yeni torpaqlar işğal etmək sevdasına düşdü. Nə yazıq reallıqları dəyərləndirməyi bacarmadı. Azərbaycan ordusunun gücünü anlamaq istəmədi. Anlamaq istəmədi ki, Azərbaycan dövləti iqtisadi, maliyyə, hərbi və bir çox digər cəhətlərdən regionun ən qüdrətli dövlətidir. Anlamaq istəmədi ki, Azərbaycanın sözü olmadn bu regionda bir qlobal məsələ belə həll oluna bilməz. İşğal altındakı torpaqlarımızi bizə unutdurmaq üçün Qarabağ Ermənistandır deyib, Azərbaycanın yeni torpaqlarını işğal etmək sevdasına düşdü. Bununla da Azərbaycanı vətən müharibəsinə təhrik etdi.
Rusiya rəsmilərinin təşəbbüsü ilə bu müharibənin gedişində əldə olunmuş humanitar atəşkəsə Ermənistan tərəf bir neçə dəqiqə belə əməl etmədi. Atəşkəs əvəzinə döyüş sərhədlərindən yüz kilometr aralıda olan yarım milyon insanın yaşadığıl Gəncə şəhərini ballastik raketlə atəşə tutdu. Bir sözlə, Azərbaycan bu razılaşmada öz üzərinə götürdüyü öhdəliklərə əməl etsə də erməni tərəf buna imkan vermədi.
Azərbaycan Prezidenti dəfələrlə Ermənistanın siyasi rəhbərliyinə qoşunlarını işğal altında olan torpaqlardan çıxarıb sülh danışıqlarına getməsini təklif etsə də Paşinyan və onun komandası bu təşəbbüsü lazımınca dəyərləndirə bilmədilər. Əksinə, bir qədər də irəliyə gedib, mükün olan və olmayan bütün yollarla Dağlıq Qarabağa silah sursat və muzdlu döyüşçülər daşımaqda davam edirlər. Başını itirmiş Paşinyan indi də Ermənistanın mülki əhalisini silahlanmğa və Azərbaycana qarşı müharibəyə qoşulmağa çağırıb. Bu düşük adam hələ də anlamır ki, beşinci nəsil silahlar qarşısında onların istifadə etdikləri silahlar odlu silaha qarşı sapandla daş atmaq qədər gülüncdür.
Ermənistanın siyasi rəhbərliyi bu gün düşdükləri durumun reallıqlarını dəyərləndirmək qabiliyyətini demək olar ki, tam itirib. Bu müharibə Ermənistanı bir dövlət kimi çökdürəcək. Azərbaycan ordusunun döyüş meydanlarında bir neçə gün ərzində məhv etdiyi təkcə S 300 silahlarının ümumi dəyəri bir milyard dollar səviyyəsindədir. Bu Ermənistanın xarici ticarət dövriyyəsindəki kəsrin yarısı qədər və ya Ermənistan büdcəsinin 1/4 qədər bir məbləğdir.
Bu gün Ermənistanın siyasi rəhbərliyi ya ordusunu müqəddəs torpaqlarımızdan çıxararaq atəşkəsə və sülh danışıqlarına getməlidi ya da bunu şanlı Azərbaycan ordusu edəcək. Öz hakimiyyəti xatirinə erməni əsgərlərini ət maşınından keçirən siyasi deletant Paşinyan nə qədər ki, gec deyil Ermənistanın bir dövlət kimi mövcudluğunu təhlükə altına atdığının fərqində olmalıdır. Buna onun iradəsi və ağlı çatacaqmı? Görünən budur ki, o, son çırpıntılarını edə - edə sönəcək, ancaq kompramisə getməyəcək. Bu onun və erməni xalqının seçimi olacaq. Azərbaycanın şanlı ordusu isə onun yenilməz, qətiyyətli Ali Baş Komandanının rəhbərliyi altında müqəddəs torpaqlarımızın son qarışına qədər qaytarılmasına nail olacaqdır. Paşinyan və onun havadarlar bunu yaxşı bilsinlər!
Fikrət Yusifov İqtisad elmləri doktoru, professor