Newscenter.az.26.10.2020. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb.
Bu barədə Newscenter.a-a nazirlikdən məlumat verilib.
Markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış “Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib.
Belarusun Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.
Sevinc