Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı açıqlama
Tarix: 26-10-2020, 16:05
Newscenter.az.26.10.2020. “Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Nəticədə yanğın olub. Yanğınsöndürənlər yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır. Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur”, - o qeyd edib.