Newscenter.az.26.10.2020. “Dünən baş tutan müşavirədə brifinqdə Prezident və Silahlı Quvvələrimizin Ali Baş Komandanı İlham Əliyev çox yorğun görünürdü. Adam dövlətə rəhbərliyin bütün məsuliyyəti və pandemiya şəraitindəki çoxsaylı qayğılardan əlavə, düz bir aydır ki, həm də müharibə aparır”.
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı siyasi ekspert Xəyal Bəşirov verib. O, bildirib ki, bir aydır döyüş cəbhəsində bəlkə də, gözünü qırpmadan hər gün, xüsusilə də gecə saatlarında müzəffər ordumuzun iştirakı ilə mənfur və işğalçı düşmənlərə qarşı aparılan gərgin və uğurlu döyüş əməliyyatlarına birbaşa rəhbərlik edir:
“Gündüzlər də, diplomatiya və informasiya cəbhəsində dayanmadan daha çox, dünyanın qərəzli və təxribatçı aparıcı media qurumlarına qarşı təkbaşına mübarizə aparmaqla, onların təxribat xarakterli və qərəzli diplomatik və informativ həmlələrini dəf etməkdədir. İnanıram ki, Prezidenti müharibə aparmaqdan və hərbi əməliyyatlara rəhbərlik etməkdən daha çox, xüsusilə də regionda vəziyyətin bu qədər gərginləşdiyi məqamda dünyanın ikiüzlü diplomatiyası və qərəzli informasiya siyasəti yorur və əhvalını korlayır. Uca Tanrı bütün cəbhələrdə Prezident və Ali Baş Komadan İlham Əliyevə və onu rəhbərlik etdiyi şanlı Ordumuza yardımçı olsun”.
Mehman