Newscenter.az.28.10.2020. “27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun raket atəşinə tutulması nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən 7 uşağın həyatını itirməsi və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfərin ciddi xəsarət almasına görə təcavüzkar Ermənistanla bərabər ATƏT-in Minsk qrupunun hər 3 həmsədr dövləti, xüsusən, Rusiya və Fransa məsuliyyət daşıyır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, qeyd edib ki, təcavüz aktının humanitar atəşkəs dövründə baş verməsi, dinc insanlara qarşı "Smerç” yaylım atəşli reaktiv sistemdən və kasetli başlıqlı raketlərdən istifadə olunması Ermənistanın cəzasızlıq mühitindən yararlanmasının daha bir göstəricisidir:
“Habelə, 20-dən çox beynəlxalq təşkilat tərəfindən çox mötəbər sənədlərlə içğalçı və təcavüzkar kimi tanınmasına baxmayaraq, Ermənistanın münaqişənin həlli üzrə vasitəçi kimi neytrallığını saxlamalı olan həmsədrlər tərəfindən aşkar formada müdafiə olunması, əvəzsiz qaydada silahlandırılması bölgədə sülh və stabilliyə təhdiddir, Ermənistanı yeni cinayətlərə sövq edir. Bütün bunların fonunda görünən odur ki, heç bir kənar müdaxilə bölgədə sülhə xidmət etmir, bölgədə sülh və stabilliyin yeganə qarantı Azərbaycan ordusudur. Ona görə də hər kəsi Ali Baş komandanın ətrafında həmişəkindən daha sıx birləşməyə, torpaqların hərbi yolla azad olunması prosesini var gücümüzlə davam etdirməyə çağırıram”.
Mehman