Hikmət Hacıyev: "Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə aparır"
Tarix: 28-10-2020, 15:44
Newscenter.az.28.10.2020. “Azərbaycanın Bərdə şəhəri ağır artilleriyadan hücuma məruz qalıb. Artıq yaralılar və ölənlər haqqında məlumatlar toplanılır”.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistan tərəfindən Azərbaycan xalqına, ümumiyyətlə mədəni irsinə qarşı da etnik təmizləmənin şahidi oluruq”, - o bildirib.