Newscenter.az.28.10.2020. “Ermənistanın silahlı qüvvələrinin Tərtərə raket hücumlarından sonra Bərdəyə raket zərbələri endirilib. Dünən mülki şəxslərin kasset silahlarla öldürülməsindən heç bir dərs çıxarılmayıb”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Ermənistan işğala və hərbi cinayətlərinə son qoymalıdır”, - o əlavə edib.