Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur



Newscenter.az.29.10.2020. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarını yenidən qurub.

Bu barədə məlumat Newscenter.az-a qurumdan bildirilib. Yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri ekskovatorla qazılıb çıxarılıb və ərazidən daşınıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən
bərpası və yolun normativ eninin alınması üçün genişləndirmə işlər görülüb.

Bundan başqa layihəsi çərçivəsində avtobus dayanacaqları, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün zəruri yerdə ikitərəfli əyrixətli tirlər, məlumatverici lövhələr, 130 yol nişanı və 540 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilibAğsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, eyni zamanda kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Anar
Xəbəri paylaş