Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin atdığı mərmi evləri və mağazaları dağıdıb



Newscenter.az.9.11.2020. Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri və ətraf kəndləri artilleriya atəşinə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri şəhərin mərkəzi küçələrinə düşüb. Nəticədə ətrafda olan evlərə, mağazalara, elektrik naqillərə külli miqdarda ziyan dəyib.

Xoşbəxtlik ölən və yaralanan olmayıb.
Xəbəri paylaş