Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sülməramlılarının daha bir hissəsi Xankəndinə gəlib



Newscenter.az.14.11.2020. Dağlıq Qarabağdakı təmas xətti və “Laçın dəhlizi” boyu Rusiya sülhməramlılarının yerləşdirilməsi davam edir.

“Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonşu ölkənin 15-ci əlahiddə sülhməramlı briqadasının daha bir karvanı Ermənistanın Gorus şəhərindən Xankəndinə 100 kilometrədək məsafəni qət edib.

Rusiya sülhməramlı karvanlarındakı zirehli daşıyıçılar, avtomobillər, maddi texniki təchizat vasitələri Rusiyadan Yerevan yaxınlığındakı Erebuni hava limanına “İl-76” tipli hərbi nəqliyyat təyyarələrilə daşınır. Qarabağda qurulan postlarda münaqişə bölgəsində atəşkəs rejiminə əməl olunması, tranzit nəqliyyatın təhlükəsiz hərəkət etməsi, dinc əhaliyə qarşı qanunsuz əməllərin olub-olmaması müşahidə edilir.

Rusiya sülhməramlı birləşmələri sülhməramlı vəzifəsinə dair xüsusi hazırlıq keçmiş və müqavilə bağlamış hərbi qulluqçulardan ibarətdir. Sülhməramlılar “BTR-82A”, “Tiger” və “Typhoon” zirehli maşınlar da daxil olmaqla müasir silah və texnika ilə təchiz olunub.
Xəbəri paylaş