Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Ceyhan limanından 188 mln bareldən çox neft nəql edilib



Newscenter.az.23.11.2020. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 188,2 mln barel xam neft nəql edib.

“Report” xəbər verir ki, bu həcmdə xam neft 250 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,548 mlrd barel neft 4 631 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.
Xəbəri paylaş