Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polis özünə ad günü keçirən məktəb direktorunu cəzalandırdı



Newscenter.az.23.12.2020. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakt təsdiqini tapıb.

Qeyd edilib ki, N.Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar yazılıb.

Xatırladaq ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Xəbəri paylaş