Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüb və Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.
Həmin görüşdən qayıdan İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Məlumata görə, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.
Hadisınin baş verməsindən sonra İranda Böhran Qrupunun yaradılması elan edilib hansı ki, Böhran Qrupu yalnız ölkə prezidenti bu və ya digər səbəbdən öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə yaradılır.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad "Instagram" hesabında hazırkı dövlət başçısı İbrahim Rəisinin öldüyünü elan edib.
Hadisənin əlbəttə ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən və baş tutmuş açılış mərasimindən sonra sonra baş verməsi heç də xoş deyil. Azərbaycan prezidenti İlham Əliyev artıq hadisə ilə bağlı öz narahatçılığını da bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi İran tərəfinə yardım etməyə hazır olduğu barədə rəsmi məlumat verib.
Hadisənin Azərbaycana qarşı istifadə olunma ehtimalları haqqında fikirlər də mövcuddur, ancaq Azərbaycanı nədəsə günahlandırmaq heç bir halda mümkün deyil. Əvvəla, hadisə məhz İran ərazisində olub və İranın Ali və yüksək vəzifəli şəxslərin təhlükəsizliyi İranın xüsusi xidmət orqanlarının əlaqəli və birgə fəaliyyəti ilə təmin edilir. Hadisənin ağır iqlim şəraitində, daha doğrusu qatı duman və dağlarda baş verməsi artıq təsdiqlənmiş faktır. Həmçinin, qəzaya uğrayan helikopterin sağ qalan ekipaj üzvün oldiğu haqqında məlumatlar da var.
Məlum hadisəyə kənar müdaxilənin olduğunu da tam şəkildə istisna etmək olmaz. Əlbəttə ki, İsrail - Həmas (Fələstin) müharibəsi İran dövlətinin mövcudluğu üçün təhlükələr vəd edir. İran dövlətinin təhlükəsizliyini təmin etmək üçün, İbrahim Rəisinin kənarlaşdırılması da bir variant ola bilər. Həmçinin, İbrahim Rəisi hakim vəzifəsində olarkən, ən azı 3000-dən çox şəxsin haqqında ölüm hökmünü çıxardığı haqqında məlumatlar var. Ən vacib məsələ isə odur ki, İran dövləti heç bir halda ölkə prezidentinin təhlükəsuzliyinə kənar müdaxilənin mümkülüyünü elan edən deyil. Bu dövlətun imic, qüdrət və dövlətçilik əsaslarıdır. Bəli, hadisə ilə bağlı hər hansı səviyyədə Azərbaycana qarşı neqativ fikirlər səslənə bilər, ancaq İran rəsmi səviyyədə Azərbaycanın nədəsə günahlandırılması qətiyyən mümkün deyil.
Vüqar Dadaşov