Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peşəkar Futbol Liqası “YAŞAT turu” elan edir



Newscenter.az.18.12.2020. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradıldı.
Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Fonda fiziki və hüquqi şəxslər könüllülük əsasında ianələr edə bilərlər. Newscenter.az xəbər verir ki, Peşəkar Futbol Liqası birbaşa üzvləri olan Premyer Liqa klubları ilə birgə XII turu “YAŞAT turu” elan edir.

Bu Vətəni YAŞATmaq üçün minlərlə can qurban oldu! "YAŞAT" Fonduna ianə edərək sinəsini hərbə meydan edənləri və onların ailələrini yaşadaq! "YAŞAT" Fonduna ianələrinizi www.asanpay.az portalı və ya "ASAN ödəniş" mobil tətbiqi üzərindən də bir klik ilə həyata keçirə bilərsiniz.
“YAŞAT” Fondunun bank rekvizitləri:
MİLLİ VALYUTADA KÖÇÜRMƏLƏR ÜÇÜN
Hesabın adı: YAŞAT FONDU
VÖEN: 1701393691
Manat hesabı: AZ76IBAZ38090019447968925204
Bankın adı: Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi filial
Swift kodu: IBAZAZ2X
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın kodu: 805722
Bankın VÖEN-i: 9900001881
Bankın ünvanı: Bakı şəhəri, Z.Tağıyev küç. 3
Tel: (+99412) 937
YAŞAT Fondu

Qeyd edək ki, turda aşağıdakı komandalar mübarizə aparacaq.

Qarabağ FK
Neftçi PFK
KEŞLƏ FK
Sumqayıt FK
ZİRƏ Futbol Klubu
Sabah FC
Sabail FC
QƏBƏLƏ FK

Mehman
Xəbəri paylaş