Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

25 COVID-19 xəstəsi xəstəxanadan qaçıb?



Newscengter.az.3.02.2021. "Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".

Bunu "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:

"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib.
Xəbəri paylaş