Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Tarix: 4-02-2021, 21:23
Newscenter.az.4.02.2021. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni Aparat rəhbəri təyin edilib.
“Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Rəşad Allahverdiyev təyin olunub.
R.Allahverdiyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsində, katiblikdə və kollegiya katibi kimi müxtəlif vəzifələrdə çalışıb.
ETSN-in mətbuat katibi İradə İbrahimova "Report"a məlumatı təsdiqləyib.