Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirusa daha 125 nəfər yoluxub



Newscenter.az.1.03.2021. Azərbaycanda koronavirus infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib. Hazırda 2 600 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4205, bu günə qədər isə ümumilikdə 2 602 884 test icra olunub.
Xəbəri paylaş