Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləsuvarda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər



Newscenter.az.15.03.2021
. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində igidlik göstərərək şəhid olmuş DİN-in Daxili Qoşunlarının 4 hərbi qulluqçusu Elvin Məmmədov, Ruslan Qurbanov, Asif Talıblı və Orxan Mirzəyevin ailəsinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Newscenter.az xəbər verir ki, Novruz bayramı ərəfəsində gətirdikləri sovqatı təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bir daha qeyd olunub.

Şəhidlərin ailə üzvləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar, onlarla mütəmadi maraqlandıqlarına görə polis əməkdaşlarına təşəkkür ediblər.

Mehman

Xəbəri paylaş