Newscenter.az.15.03.2021. Azərbaycan COVAX platformasına qoşulan ilk ölkələrdən biri və Cənubi Qafqazdan qoşulan ilk ölkədir.
Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyi ilə GAVI ALLIANCE arasında imzalanmış 18 sentyabr 2020-ci il tarixli dərman tədarükünə dair müqavilə əsasında 432 min doza COVID peyvəndi isveç şirkəti AztraZeneca-dan 180 gün ərzində Azərbaycana çatdırılmalı idi.
Lakin həmən şirkət COVAX təşəbbüsü çərçivəsində Azərbaycana müvafiq peyvənd verilməsi vədini bu günə qədər yerinə yetirməyib.
COVAX-dan alınan ikinci məktub yaxın zamanlarda Azərbaycana müvafiq peyvəndlər verə bilməyəcəklərini bir daha təsdiqlədi.
432 min doza AstraZeneca peyvəndi Azərbaycana güman ki, gətiriləcək, lakin bu yalnız yaxın 6 ay ərzində həyata keçiriləcək.
Bu o deməkdir ki, irəlidə daha 6 ay sərtləşmiş rejimin siyasi, iqtisadi, sosial risklərini nəzərə alıb, məcbur qalıb, alternativ yollara əl atacayıq.
Məsələn üşüncü və hətta ikinci klinik sınaq mərhələsi haqqında çoxlu açıq suallar olan peyvənd sifariş edəcəyik.
Bizdən sonra bu platformaya qoşulan, bizdən sonra peyvənd sifariş edən qonşu Gürcüstanda isə UNİCEF-in vasitəçiliyi ilə COVAX sistemi ilə AstraZeneca-SKBio (Koreya Respublikası) tərəfindən istehsal olunan AstraZeneca/Oxford peyvəndinin ilk partiyası artıq martın 13-də Tiflisə gətirilib.
Aprel ayının sonuna kimi isə 256 min doz peyvənd ölkəyə gətiriləcək.
COVAX platformasına Azərbaycandan sonra qoşulan, sifarişlərini bizdən sonra verən Gürcüstanın peyvəndi bizdən tez almasının yalnız bir səbəbi var.
- Gürcüstan peyvənd tədarükünü Gürcüstan UNİCEF, ÜST və GAVI ALLIANCE vasitəçiliyi ilə edir.
- Azərbaycan isə Azərbaycan İcbari Tibbi Sığorta, GAVI ALLIANCE və vasitəçi isveç AstraZeneca dərman şərkəti vasitəsi ilə. (adları oxşar olsa da fərqlidirlər, AstraZenecaOxford İngiltərənindir)
COVAX isə peyvəndlərin paylanması siyasətində etibarlı vasitəcilərin sifarişlərini prioritet hesab edir bə sifarişlər UNİCEF və ya vasitəçi dərman şirkəti vasitəsi ilə edilincə, ilk birincinin sifarişini yerinə yetirir.
Bu qərar qlobal səviyyədə peyvəndlərin qiymətinin tənzimləməsi məqsədi ilə həyata keçirilir, çünki vasitəçi şirkətlər peyvəndi bazar məqsədi ilə əldə edir və üçüncü ölkəyə satır.
Burda məntiqi sual yaranır:
Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyi niyə GAVI ALLIANCE sifarişlərində 3 cü tərəf kimk peyvəndi bazar məqsədi ilə əldə edən vasitəci şirkəti götürüb ?
Əslində sual vermək olardı ki, Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyi anlmırdı ki, vasitəçi məsələn etibar edilən beynəlxalq fond, təşkilat olsa daha yaxşıdır, nəinki, peyvəndi bazar məqsədi ilə əldə edən hansısa şirkət ?
Amma əlbəttə anlamırdı, çünki istənilən proseslərdə təkcə iqtisadi risklərin nəzərə alınması, siyasi risklərin dəyərləndirilməməsi özünü heç vaxt doğrultmayıb.
Siyasi risklərin dəyərləndirilməsi də qohum-qardaşın kopyaçılığı ilə alınmir, burda nəzəri biliklərdən kənarda illərin təcrübəsi lazımdır.
Yeganə Hacıyeva-ekspert