Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəyə dron gətirmək üçün kimlərdən icazə alınmalıdır?



Newscenter.az.15.03.2021. Müasir dövrün unikal kəşflərindən biri də pilotsuz uçan aparatlar - dronlardır. Çoxfunksiyalı olan bu alət hərbi kəşfiyyat, izləmə, çertyoj tətbiqi, film və toy çəkilişləri kimi işlərdə istifadə edilir. Ancaq bu aparatlar şəhərlərimizin səmasında elə də gözə dəymir. Səbəb isə pilotsuz uçan aparatların Azərbaycana gətirilməsi və istifadəsini tənzimləyən Qanun və normativ hüquqi aktlardır. Belə ki, ölkəyə dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur.

Hüquqşünas Əli İbrahimov Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, qanunvericiliyə görə, mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. Onun sözlərinə göröə, indiyədək mövcud olan qaydaya görə, dron gətirmək istəyənlər Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməli və əlavə olaraq 4 qurumun - Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin də icazəsini təqdim etməli idi:

"Eyni zamanda Daxili İşlər Nazirliyi dronların gətirilməsinə icazə verilməsi vətəndaşlarımızın şəxsi həyat toxunulmaz hüququnun məqsədli şəkildə pozulmasının qarşısının alınması üçün səlahiyyətlər verilməsi zərurəti yarandığından ölkə Prezidentinin fərmanı ilə DİN-ə də belə bir səlahiyyət verilib. Beləliklə, dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur. Fikrimcə, bu cür yanaşma doğru və zəruridir".

Mehman
Xəbəri paylaş