Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il polis 28 nəfəri mühafizə olunan obyektdə tutub



Newscenter.az.20.03.2021. Ötən il Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinə Mərkəzi Mühafizə Məntəqəsi vasitəsi ilə qorunan obyekt və məzillərdən daxil olan həyacan siqnallarının sayı məlum olub.

2020-ci ildə İdarəyə Mərkəzi Mühafizə Məntəqəsi vasitəsi ilə qorunan obyekt və məzillərdən 241 həyacan siqanlı daxil olub.

Oğurluğa cəhd edən 5 nəfər mənzildə, 28 nəfər isə obyektdə yaxalanıb.

Həyacan siqnallarının 12-si yanğınla bağlı olub ki, polis 3 mənzil, 9 obyektdə hadisədən vaxtında xəbər tutaraq tədbir görüb.
Xəbəri paylaş