Gömrükçülər Gürcüstandan gələn yük avtomobillərində siqaretlər aşkar edib
Tarix: 30-03-2021, 15:27
Newscenter.az.30.03.2021. Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Newscenter.az DGK-ya istinadən xəbər verir.
Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" və DAF markalı yük avtomobilləri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 3 600 ədəd siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.