Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münaqişənin hərbi yolla həlli qaçılmaz idi



Newscenter.az.5.04.2021. Dövlətimizin başçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 31 mart 2021-ci il tarixində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündəki çıxışı ilə 30 ilə yaxın bir müddətdə mənfur düşmənlərimiz tərəfindən vəhşi və amansız işğala məruz qalmış Azərbaycanın qədim və əzəli məskəni olan Dağlıq Qarabağ və ətraf rayonlarımızın ərazisində törədilmiş qanlı cinayətləri və bu dövr ərzində erməni vandalizminin iç üzünü bir daha açıq-aydın ortaya qoydu.
Həmin görüşdə dövlət başçısı İlham Əliyev Şura iştirakçılarının nəzərinə bir daha çatdıraraq bildirdi ki, Ermənistan bütün beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərini zəbt etmiş, 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlamışlar. Bunun nəticəsində bir milyondan çox vətəndaşımız qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Ermənistan 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Xocalı soyqırımı törədərək 600-dən çox dinc sakini,o cümlədən 106 qadını və 63 uşağı vəhşicəsinə qətlə yetirmişdir.

İşğal altında olan ərazilərimizin azad edilməsi üçün Ali Baş Komandanımız İlham Əliyev bütün diplomatik vasitələrdən istifadə edərək hər zaman çalışdı ki, münaqişə öz həllini dinc yolla tapsın,insanlar zərər çəkməsinlər. Beynəlxalq təşkilatların,o cümlədən nüfuzlu qurum sayılan BMT və ATƏT-in Minsk qrupunun bu ətrafdakı fəaliyyəti demək olar ki 0 faiz dərəcəsinə bərabər idi. Bu azmış kimi Ermənistan yeni uğurlu müharibəyə çalışaraq başqa ərazilərimizi də işğal etmək niyyətinə də düsdü. Onlar bütün qanun və normaları pozaraq Azərbaycan ərazisində xalqımızın heç zaman unuda bilməyəcəyi, misli görünməmiş dəhşətli cinayətlər törətməyə davam edirdilər. Eyni zamanda Ermənistan rəhbəri təxribat xarakterli, məsuliyyətsiz çıxışları və bəynatları ilə faktiki olaraq danışıqları mənasız etmişdir. İşğal etdikləri ərazilərin bir qarışını belə öz sahiblərinə qaytarmayacaqlarını açıq şəkildə elan etməyi isə Azərbaycan dövləti və xalqına üçün təhqir idi.

Qədim Azərbaycan şəhəri və mədəni paytaxtımız olan Şuşa şəhərində qanunsuz qondarma “Dağliq Qarabağ respublikası”nın, cinayətkar rejimin başçısının andiçmə mərasiminin keçirilməsi və parlamentinin Şuşa şəhərinə köçürülməsi Azərbaycan xalqına qarşı təhqir idi. Məhz bu hadisələr bir daha göstərdi ki, düşmən öz çirkin niyyətlərindən əl çəkməyərək öz barbar siyasətlərini davam etdirmək fikirindədir.
Ermənistanın bu təxribatları cavabsız qalmadı. Münaqişə öz hərbi-siyasi həllini tapdı. Böyük gücə, qüdrətli orduya malik olan Azərbaycan xalqı Ali Baş Komanadına və ordusuna hər zaman arxalanaraq ondan hücum əmri gözləyirdi. 2020-ci ilin sentyabr ayında yenidən ərazilərimizə hərbi basqın etmək istəyən erməni hərbi birləşmələrinə Ali Baş Komandanımızın rəhbərliyi altinda müzəffər ordumuz tərəfindən misilsiz cavab verildi,əks-hücuma keçildi. Öz gücünü hərb meydanında nümayiş etdirən Azərbaycan ordusu çox qısa bir müddət ərzində işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad etdi. Noyabr ayının 8-də mədəniyyət mərkəz olan Şuşa şəhərinin işğaldan azad olunması demək olar ki, erməni ordusunu tam olaraq diz çökdürdü. Şuşa məğlubiyyətindən dərhal sonra noyabr ayının 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi və bu Azərbaycan və Türk xalqının tarixinə düşmüş Şanlı bir Qələbə oldu. 44 gün davam edən Vətən müharibəsində böyük Zəfər çalındı.

Müharibənin hələ ilk günlərindən qardaş Türkiyə Azərbaycan üçün çox böyük dəstək oldu. Qardaş Respublikanın prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən Azərbaycana dəstək oldu və bütün dünyaya bəyan etdi ki, Azərbaycan yalnız deyildir.
Qüdrətli Azərbaycan dövləti və onun müzəffər ordusu öz gücü sayəsində qısa bir müddətdə işğal altında olan torpaqlarımızı qəhrəmanlıq, şücaət göstərərək azad edə bildi. Azərbaycan dövləti bir daha sübut etdi ki, o müstəqil bir ölkədir və heç bir dövlətin ərazisində onun gözü yoxdur və öz torpaqlarının isə bir qarışını belə heç kəsə verməyəcəkdir. İşğaldan azad olunmuş ərazilərimizə daxil olarkən erməni vandalizminin iç üzü bir daha açıq-aşkar üzə çıxdı. Tarixi mədəni abidələrimizi vəhşicəsinə məhv etmiş ermənilər bir çox ərazlərdə misilsiz cinayətlər törədərək qəbir daşlarını belə darmadağın etmişlər. Onlar İslam dininə böyük hörmətsizlik edərək məscidlərimizdə donuz və inəklər saxlamışlar.Hətta Füzuli şəhəri işğaldan azad edilərkən Azərbaycan bayrağının sancılması üçün bircə tikili belə tapılmamışdır. Bütün bunlar erməni vandalizminin göstəricisidir.Mənfur niyyətlərindən əl çəkməyən, türk qanına susamış ermənilər müharibənin bitməsinə baxmayaraq, hələ bu günədək minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verməkdən imtina etmişlər.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genış şəkildə uğurlu quruculuq işləri görülməkdədir. Yeni yolların çəkilməsi, dövlət əhəmiyyətli yeni dəhlizlərin istifadəyə verilməsi, quruculuq və abadlıq işləri planlaşdırilır. Böyük geostrateji əhəmiyyətə malik qədim Azərbaycan torpağı olan Zəngəzur Türk dünyasının birləşdirəcək birlik və həmrəylik körpüsü olacaqdır. Biz əminliklə deyə bilərik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, onun arardığı düzgün və uğurlu siyasət əsasında bu ərazilərimizdə tezliklə həyat öz axarına düşəcəkdir. Biz də hər birimiz tutduğumuz mövqedən asılı olmayaraq Prezidentimizin ətrafinda sıx birləşərək, ona bu işlərdə dəstək olacağıq.
Qarabağ Azərbaycandır!

Elburus Baxşəliyev
Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin direktoru
Xəbəri paylaş