Newscenter.az.9.04.2021. Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 667 mindən çox artıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, ötən sutka ərzində 667 026 nəfər yeni koronavirusa yoluxub, 13 043 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 132 730 691, ölənlər isə 2 880 726 nəfərə çatıb.
Dünyada ən çox yoluxma halı ABŞ (30 541 000), Braziliya (13 100 580) və Hindistanda (12 928 574) qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.