Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb-VİDEO



Newscenter.az.16.04.2021. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən taktiki təlimlərdə müxtəlif çaplı toplardan və digər raket-artilleriya qurğularından nümunəvi döyüş atışları icra olunub. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə təyin olunan şərti hədəflər qoşunlarımızın dəqiq atəşi ilə məhv edilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilən təlimlər davam edir.

Xəbəri paylaş