Newscenter.az.27.04.2021. Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
“Report”un məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində azad olunan rayonlara səfərdən görüntülər paylaşıb.
Dövlət başçısı azad edilən rayonlara səfəri zamanı hərbçilər üçün nəzərdə tutulan idman kompleksinə baxış keçirib, idman alətləri ilə məşq edib.