Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin Türkiyəni hüquqi məsuliyyətlə yükləmək sevinci boş çıxıb



Newscenter.az.29.04.2021. ABŞ dövlət katibi E. Blinken bəyan etdi ki, Bayden "genosid" sözü işlədəndə, Türkiyənin üzərinə günahı qoymaq niyyətində olmayıb, heç də. Bu, sadəcə qurbanların xatirəsini yad etmək çağırışı və diqqəti olub faciənin ildönümü günü.

Bu da, o deməkdir ki, həm ermənilərin Türkiyəni hüquqi məsuliyyətlə yükləmək sevinci boş çıxıb və həm də ABŞ-la Türkiyənin arasının vurulması marağında olan anti--Türkiyə əhvallı dövlətlərin arzuları puça çıxıb. Əslində, başqa ola bilməzdi.

Çünki, Qərbin öz fövqəl milli və həyati maraqları uğrunda Rusiya ilə bu saatkı, ölüm-dirim, soyuq amma istiyə də çevrilə biləcək savaşlı dövrüdür. Bu halda, Türkiyə kimi böyük, hərbi güclü, NATÖ müttəfiqi, Rusiyaya dirəniş göstərə bilən dövləti heç, Rusiyaya "xötəklik" edən, nanəcib çırtdanın ayağına verərmi? Verməz! Sadəcə, erməni xalqı üçün mənəvi stimul verdi Bayden bir, "soyqırım" kəlməsi işlədərək ki, xalq Paşinyana seçkilərdə səs versin. Və eyni zamanda ABŞ və dünyadakı bütün həyasız erməni lobbisini başından eləsin.

Türkiyəyləsə Qərbin, ABŞ və Avropanın qarşıda xeyli, böyük hərbi-iqtisadi əməkdaşlıq proqramı var. Ona görə, T. Ərdoğanın ABŞ-a, "soyqırım"la bağlı reaksiyası da mülayim oldu. Və o qədər ki, müxalifət lideri Kılıçdaroğlu çıxış edib dedi, biz Ərdoğandan ABŞ-a qarşı aslan nərəsi gözlədik, "miyoltu" eşitdik. T. Ərdoğan isə əsl siyasətçidir, bilir ki nə vaxt, harada və necə nərə çəkilməlidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Qərb üzdə göstərməsə də, əslində faktiki və əməldə bizim Azərbaycanı, Ermənistandan vacib, üstün tutur. Səbəbləri çoxdur, əsaslıdır. Və ayrıca söhbətdir. Bu günsə ABŞ dövlət katibi Blinken Prezident İ. Əliyevə telefon açıb müəyyən müzakirələr olub.

Bundan bir qədər sonra yeni xəbər gəldi ki, ABŞ Azərbaycana qarşı məşhur 907-ci düzəlişi yəni Azərbaycana yardım qadağasını ləğv etdi, illər uzunu, erməni lobbisinin səyi ilə tətbiq edilən! Növbəti xoşməramlı addımıdır bu, ABŞ-ın bizə.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş