Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Müşfiq Məmmədli vətəndaş qəbulu keçirib



Newscenter.az.30.04.2021. Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla Xızı rayon Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Müşfiq Məmmədli vətəndaş qəbulu keçirib.

Newscenter.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində qəbula gələn insanlar məişət problemləri ilə yanaşı müxtəlif mövzularda müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.

NEWSCENTER.AZ

Xəbəri paylaş