Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı başlayır



Newscenter.az.30.04.2021. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası (NAYORA) üzv gənclər təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması üçün “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramını başladır. Newscenter.az xəbər verir ki, proqram çərçivəsində NAYORA-nın regionlarda və paytaxtda fəaliyyət göstərən üzv gənclər təşkilatlarının müəyyən edilmiş istiqamətlər üzrə layihələrinin həyata keçirilməsi üçün zəruri resurslarla təmin edilməsi, eləcə də ilk dəfə olaraq NAYORA tərəfindən üzv gənclər təşkilatlarına layihələrini icra etmələri üçün 3000 manatadək resurs dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Proqramın keçirilməsində əsas məqsəd gənclər təşkilatlarının yerli və beynəlxalq səviyyədə müxtəlif istiqamətlərdə inkişafına nail olmaq, gənclərlə gənclər təşkilatları arasında birgə fəaliyyətin artırılmasına vasitəçilik etmək, gənclərə vətənpərvərlik hislərini intensiv olaraq aşılamaq, həmçinin gənclərlə iş sahəsində araşdırmaların aparılmasına nail olmaqdır.

Layihələrin dəyərləndirilməsi uyğun sahə üzrə ixtisaslaşmış müstəqil ekspertlərdən ibarət komissiya tərəfindən həyata keçiriləcək. Üzv gənclər təşkilatları sosial şəbəkələrdə (facebook, instagram) və media resurslarında proqram haqqında paylaşılacaq elan vasitəsilə daha ətraflı məlumatlar əldə edə biləcəklər. Bununla yanaşı, 5 may saat 15:00-da Zoom platforması üzərindən proqrama dair infosessiyanın keçirilməsi planlaşdırılıb.

“Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramına gənclər təşkilatları aşağıdakı mövzu istiqamətləri üzrə müraciət edə bilərlər:

1. Gənclər təşkilatları tərəfindən vətənpərvərliyin düzgün təbliği və gənclərin maarifləndirilməsi istiqamətində layihələrin təşkili;
2. Gənclərlə iş sahəsində uğurlu yerli və xarici təcrübələrin araşdırılaraq, tədqiqat sənədlərinin, məqalələrin və analitik hesabatların hazırlanması istiqamətində layihələrin təşkili (gəncləri maraqlandıran məsələlərlə bağlı sorğuların keçirilməsi, yeni reallıqlar şəraitində gənclərin iştirakçılığının artırılması və s.)
3. İnformasiya mübarizəsində gənclərin iştirakının artırılması istiqamətində layihələrin təşkili (sosial şəbəkələrdə gənclərin aktiv təbliğat aparması, xarici auditoriya üçün müxtəlif dillərdə bloq və məqalələrin hazırlanması, saxta xəbərlərlə mübarizədə gənclərin rolunun artırılması);
4. Regionlarda Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərinə aid olan istiqamətlərə dair layihələrin təşkili;
5. Gənclər təşkilatları tərəfindən düzgün peşə və ixtisas seçiminə dair gənclərin maarifləndirilməsi istiqamətində layihələrin təşkili;
6. Yerli və beynəlxalq layihələrin yazılması və idarə edilməsi istiqamətində gənclərin bilik, bacarıq və təcrübələrinin artırılmasına dair layihələrin təşkili;

NAYORA-ya üzv gənclər təşkilatlarını proqram çərçivəsində layihə təklifləri irəli sürməyə dəvət edir və hər bir üzv gənclər təşkilatına uğurlar arzu edirik.

Sevinc
Xəbəri paylaş