Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid və Milli Qəhrəmanları təhqir edənlərə qarşı xüsusi bir cəza təyin edilməlidir



Newscenter.az.30.04.2021. Qanunvericiliyimizdə təhqir edən, böhtan atanlar üçün maddə var. Heç bir vətəndaşı təhqir etmək olmaz. Buna baxmayaraq, düşünürəm ki, şəhidlərlə bağlı xüsusi bir cəzaya da ehtiyac var. Milli Qəhrəman olmasa belə, heç bir şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Şəhiddirsə, deməli elə qəhrəmandır.

Ümumiyyətlə, təhqir qadağandır və bunun hüquqi cəzası var. Şəhidlərə gəlincə isə, onlara qarşı da hər hansı bir təhqir olmaz və bunun qanunvericilikdə ayrıca maddəsi olmalı, xüsusi cəza müəyyən edilməlidir. İlk başda cəza ağır verilməməlidir. Amma təkrarlandığı zaman həbs də edilə bilər. Bu, dünyada qəbul edilən bir məsələdir. Azərbaycan, Türkiyə kimi ölkələrdə şəhidlik həssas mövzudur və belə məqamlara diqqətlə yanaşılmalıdır. Xüsusi, ciddi cəzaya ehtiyac var. Bu, mənəviyyat məsələsidir. Ölkəmizin ərazi bütövlüyü, torpaqları uğrunda şəhid olan insanı təhqir etməmək üçün adamda mənəviyyat olmalıdır. Mənəviyyat yoxdursa, cəza ilə nə dəyişəcək? Milli Qəhrəmanları qəbul etməsələr də, susmağı bacarmalıdırlar. Hətta kiminsə içində separatçılıq varsa belə, toplumun, dövlətin ümumi maraqları naminə susmalıdır. Bundan başqa şəhidləri təhqir edənlərə ən ağır cəza verilməlidir. Belə hallar dövlətə qarşı cinayət kimi dəyərləndirilməlidir. Bura qaziləri, yəni Qarabağ əlillərini də əlavə etmək lazımdır. Türkiyədə qaziyə əl qaldırmışdılar, dövlətə qarşı cinayət maddəsi ilə iddia irəli sürüldü.

Düzdür qanunvericiliyimizdə təhqirə görə cəza var, amma xüsusi ittiham qaydasında şikayət olmalıdır. Bunu da şəhidin vərəsələri edə bilər. Düşünürəm ki, belə məsələlərdə ictimai qınaqa da ehtiyac zəruridir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş