Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orta Asiya Moskvanın arxa bağçası olmaqdan nə vaxt qurtulacaq?



Newscenter.az. 3.05.2021. Özbəkistan - Qırğızıstan - Tacikistan bu 3 Orta Asiya müsəlman ölkəsi müstəqilliklərini bərpa edəndən sonra bir-biriləri ilə konfliktdədirlər. Özbəkistanla, Qırğızıstan müsəlmanla yanaşı həm də türk ölkələridirlər. Müsəlman, türk olmaqlarına rəğmən özbək, qırğız və taciklər niyə bir-birilərinə nifrət edirlər?

Mərkəzi və Orta Asiya adlanan bölgə ikinci dünya savaşına qədər Türküstan adlanırdı. Türküstanda məşhur Basmaçi hərəkatı ilə Stalin belə bacarmırdı. Sovet-rus imperiyasının işğalı altında olan çox milyonlu türk millətindən türk adını unutdurmaq üçün Stalin vahid Türküstanı - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistana böldü. Cənubi Qafqaz türklərinidə - azərbaycanlı adı ilə pasportlarda yazdırmağa başladılar. Stalin, Sovet Rusiyasının işğalı altında olan türkləri bölüb, parçalamaq üçün əlindən gələni etdi. Çünki tarix boyu rus ən böyük təhlükəni türkdə görüb. Bu yaxınlarda müasir Stalin - Putinin koronavirusu türk tayfaları ilə müqayisə etməsi bir daha rusun ən qorxduğu türk olduğunu göstərdi.

Keçək yeni tarixə... SSRİ dağılmaq ərəfəsində idi Özbəkistanda mehseti türklərinin deportasiyası başladı. Moskva, türk olduğunu unudan özbəkləri qardaşları mesheti türklərinin üstünə qaldırdı. Özbəkistanı məcbur olub tərk edən mesheti türklərini, türk olduğunu tam unutmayan Azərbaycan qarşıladı, onların ikinci evləri oldu. Sonra Moskva Fərqanə vadisində qırğız türklərini, özbək türklərinin üstünə saldı. Üstəlik Moskva İran dilli amma sünni - müsəlman olan tacikləri, türk sünnü-müsəlman özbəklər və qırğızlara qarşı qoydu. Və 30 ildi ruslar Orta Asiya da böl-idarə et siyasətini özləri üçün uğurla yerinə yetirirlər. 30 ildir Orta Asiyada türklü-farslı müsəlmanlar bir-birlərinin qanını tökürlər və burda bir udan tərəf var o da xristian Rusiyasıdır!

SSRİ dağılanda Özbəkistanda əvvəl türkçü sonra güclü İslami hərəkat yarandı. Moskvanın dəstəyi ilə yerli partokratlar türkçüləri də, islamçıları da sıradan çıxartdı. Tacikistanda da silahlı İslami müxalifət var idi, onu da Kremli arxasına alaraq yerli kommunistlərə məğlub etdi. Qazaxıstanda türkçülük və islamçılıqdan uzaq olan ziyanlı qazax millətçiliyi inkişaf etməkdədir. Qırğızıstan isə teyplər tərəfindən idarə edilən banan respublikasına çevrilib.

Qazaxıstan və Orta Asiyanın yeganə qurtuluş və inkişaf yolu Türk-İslam ideologiyasının sintezindədir. Mərkəzi Asiya üçün Moskva ilə metropoliya-müstəmləkə münasibətlərindən yeganə qurtuluş da məhz göy-yaşıl Turan gələcəyidir. Mərkəzi Asiyanın, rusun arxa bağçası olmaqdan qurtuluşunun yeganə yolu Türkiyə və Azərbaycanla birlikdə təkçə sözdə yox, həm də əməldə sağlam dayaqlar üstündə qurulan Vahid Türk Birliyidir!

PS : Müqəddəs Ramazan ayında müsəlman qırğız-türkləri ilə, müsəlman taciklər bir-birlərinin qardaş qanını tökməklə böyük günaha batdılar. Uca ALLAH, Ümmət olaraq günahlarımızı, səhvlərimizi əfv edib bizləri düzgün yola yönləndirsin, Amin!

Əhəd Məmmədli-politoloq
Xəbəri paylaş