Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kanada Qarabağ ermənilərinə ayırdığı pulu Azərbaycana, yoxsa Ermənistana köçürüb?



Newscenter.az.19.05.2021
. Kanada dövlətinin Qarabağ ermənilərinə 1 milyon dollar yardım ayırdığı barədə məlumat yayılıb. Hər bir halda xeyriyyəçilik və yardım etmək müsbət bir haldır və xoş işdir. Ancaq o zaman ki, bu doğrudan da xoş niyyətlə edilsin. Kanada dövləti xoş niyyətini ortaya qoyub bu yardımı səmimi olaraq edirsə və bu yardımın həmin ərazilərdə terrorçuğun inkişafına sərf olunmamasında maraqlıdırsa bir sıra nüanslara riayət etməlidir.
İlk öncə Qarabağ təkcə Azərbaycan vətəndaşı olan ermənilərə deyil, həm də azərbaycanlılara aiddir. Hətta ehtiyac olmasa belə, qarşı tərəfin niyyətində səmimi olmasını müəyyənləşdirmək üçün bu cür yardımların edilməsində bərabər yanaşma vacibdir.

Digər bir əhəmiyyətli məqam isə odur ki, son otuz ildə de-yure Azərbaycana aid olan Qarabağ hazırda de-fakto da Azərbaycanın tərkibindədir. Əgər belədirsə, Azərbaycana aid ərazilərdə yaşayan topluma ayrılan yardım Azərbaycan dövləti vasitəsilə olmalıdır. Buna dair Azərbaycanla danışıqlar aparılmalı, əgər bu mümkün deyilsə yardım edilməməlidir. Çünki, bu ərazi bütövlüyünə hörmət prinsipidir və hər bir dövlət bu amilə hörmət etməlidir.
Subyektiv olaraq hesab etmirəm ki, Kanada bu addımında xoş niyyətli və saf məramlıdır. Bu bir daha Qərbin əksər proseslərə siyasi və hüquqi ikiüzlü yanaşmasının təzahürdür. Bütün dövlətləri və xalqları xüsusilə də, Ermənistan kimi dövlətləri daim ianəyə və yardıma möhtac qoyub öz əmr quluna çevirməyə xidmət edir.

Ancaq siyasi cəhətdən kor və kar olan rəzil Ermənistan rəhbərliyi bu günə qədər bu acı reallığı dərk etməyib və ya etmək istəmir. Tam fərqli olaraq, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını və düşmənçilik siyasətini bir kənaraq qoyub çox güclü inkişaf prosesinə qədəm qoymağı düşünə bilmirlər. İanəyə möhtac olan dövlətdən, Azərbaycan kimi ianə edən dövlətə çevrilə biləcəklərini anlamırlar. Bəlkə də, onları əsassız ittiham edirik. Bəlkə də belə də olmalıdır ki, qul təfəkkürü ilə doğulub, siyasi alət olmaq missiyası ilə yaşayanlar, ianə dilənməklə də ölməyə məhkumdurlar.

Xəyal Bəşirov,
“Siyasi və hüquqi strateji araşdırmalar” mərkəzinin rəhbəri
Xəbəri paylaş