Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın 7 şəhərindən Bakıya birbaşa uçuşlara başlanılır



Newscenter.az.20.05.2021. Rusiyanın “Ural Hava Yolları” şirkəti ölkənin 7 şəhərindən Bakıya birbaşa uçuşlara başlayır.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtına birbaşa uçuşlar 29 maydan Krasnoyarsk, Omsk, Novosibirsk və Nijni Novqoroddan, 31 maydan Perm və Mineralnıye Vodıdan, 4 iyundan etibarən Samaradan həyata keçiriləcək.

Xatırladaq ki, hazırda “Ural Hava Yolları” yalnız Yekaterinburqdan Bakıya hər həftənin cümə axşamı aviareyslər reallaşdırır.
Xəbəri paylaş