Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada homoseksualizm



Newscenter.az.5.07.2021.
Bakıda keçirilən Avro-2020-nin oyunu zamanı Danimarkalı azarkeşlərin LGBT bayrağı qaldırmasından sonra sosial mediada üç qütb yarandı: LGBT müdafiə edənlər, buna qarşı sərt olanlar və bitərəf insanlar. Hətta irəli gedərək homoseksualizmi Şərqlə, İslamla bağlayanlar oldu. Bəli, inkar etmirik. Şərqdə bu iyrənc adət olub. Amma Şərqdə bu adətdan qabaq Avropanın özündə bu artıq elə bil hal almışdı ki, insanlar adi baxırdılar. Həttda dində Lut peyğəmbərin yaşadığı şəhərdə kişilərin kişilərə meyilli olması səbəbindən Tanrı o şəhəri od alov içində məhv etmiş idi.

Ümmumiyyətlə qədim Romada və Spartada bu norma idi, dünyanın tarixinə öz adını yazdıran Makedoniyalı İsgəndər də homoseksual idi, onun sevdiyi Baqoy haqqında bütün tarixçilər yazır. Hətta qədim yunanların allahlarından biri olan Erosun Satir adlanan varlığın qucağında olması homoeskualların İslamdan qabaq mövcud olmasını göstərir.

XII-XIV əsrlərdə Avropada bu elə vüsət alır ki, Vatikan nəhayət işə qarışmalı olur. Artıq kilsələrdə keşişlərin kişilərlə görüşməsi xəbəri yayılırdı. 1443-cü ilin avqust ayının 30-da Venetsiyada kişilərə böyük cərimə və həbs cəzası qorxusu altında qadın paltarında görünmək qadağan edilmişdir. 1459-cu ildə İohann Qieraxos adlı yunan homoseksual hərəkətlərinə görə edam edilmişdir. 1464-cü ilin avqust ayının 25-də cəzalar daha da sərtləşdirilərək homoseksual fəaliyyətə görə tonqalda yandırılmaq əmri imzalanmışdır.

Bu meyillərin qarşısını almaq üçün bordel və şəhər kvartallarında faişələrə öz sinələrini və bədənlərini nümayiş etdirmək icazəsi verilmişdir. Kişilərin qadınlara cəlb etmək üçün XVI əsrin əvvəllərində Avropada faişəlik o qədər güclənmişdir ki, faişələrdən gözəllik müsabiqəsi keçirilməyə başlanır. Müsabiqədə istənilən faişə iştirak edə bilərdi. Burada onların hətta paltarsız gözəllikləri də nəzərə alınırdı. Müsabiqənin keçirilməsinə maddi köməkliyi isə şəhər rəhbərliyi aparırdı. Sonda müsabiqənin qalibi şəhərin ən tanınmış adamına hədiyyə olunurdu.

Bu müsabiqələr hətta xristian dini bayramlarında da keçirilirdi.

Yəni LGBT barədə danışanda İslamı və Şərqi ittihamdan qabaq bu cəryanın ilk dəfə Avropadan Şərqə yayılmasını görməyiniz lazımdır...

Zaur Əliyev-araşdırmaçı jurnalist, dosent
Xəbəri paylaş