Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanla münasibətləri düzəltməyə çalışır

Rusiya Azərbaycanla münasibətləri düzəltməyə çalışır


"Rusiya Azərbaycanla münasibətləri düzəltməyə çalışır, bu aydın görünür. Çünki, gərginliyin səbəbkarı Kreml idi - əlinə dividend keçmədi, anladı ki, şantajla heç nəyə nail ola bilməyəcək, münasibətləri “təmir” etməyə çalışır – və bu yaxşıdır, özləri öz səhvlərni düzəldirlər".

Newscenter.az xəbər verir ki, bunları REAL Partiyasının sədri Natiq Cəfərli deyib. Onun sözlərinə görə, indi Azərbaycan Rusiya üçün, Rusiyanın Azərbaycan üçün oynadığı roldan daha önəmli vəziyyətdədir:

"Cənub-Şimal dəhlizinin ana xətti Azərbaycandan keçəcək, Rusiya İrana ildə 50 mlrd. m3 qaz satmaq istəyir, boru Azərbaycandan keçməlidir və nəhayət, Azərbaycan və Türkiyənin stateji müttəfiqliyi Kremldə bəzi “isti başları” soyutmağa yetər. Türkiyə Rusiya üçün “nəfəslik”, Qərbə bağlayan yoldur, “Türk Axını” ilə qazını premium qiymətlə Avropaya Türkiyə vasitəsi ilə satır, hər il 10-11 mln. Rusiyalı Türkiyədə dincəlir – rusiyalılar hər şeyə dözər, amma Antaliyaya getməsələr inqilab edərlər.

Bir sözlə, coğrafiyamız taleyimizdir – Şimalda qaba, beynəlxalq hüquq çeynəyən qonşumuz var, bərəbərhüquqlu münasibətlər istəsələr, eyvallah, normal münasibətlərdən hamı udar".

Anar Əliyev
Xəbəri paylaş