
Dünyanın aparıcı informasiya agentliklərinə geniş müsahibələr verən Azərbaycan Prezidenti cənab İlham Əliyev regionda lider mövqeyə ucalması, qətiyyətli Sərkərdə və uğurlu iqtisadi strategiya yürüdən dövlət başçısı kimi tanınması nüfuzlu xarici KİV-lərin Azərbaycan rəhbərinə marağını daha da artırmışdır.
Məlum olduğu kimi cari ilin avqustun 26 da dünyada geniş auditoriyaya malik olan “Əl-Ərəbiyyə” telekanalına ölkə başçısı müsahibə vermişdir. Bir sıra vacib məsələlərə toxunan ölkə başçısı həmçinin regional və beynəlxalq gündəmdə olan mövzularla bağlı Azərbaycanın qətiyyətli mövqeyinidə bildirmişdir.
Regional və qlobal proseslərin sürətlə dəyişdiyi bir dövrdə dövlət başçımızın mövqeyi təkcə ölkəmizin xarici siyasət prioritetlərini deyil, həm də enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və regional sabitlik kimi strateji məsələlərdə Azərbaycanın rolunu aydın şəkildə nümayiş etdirdi. Bu müsahibə vasitəsilə Prezident İlham Əliyev həm ərəb dünyasına, həm də beynəlxalq ictimaiyyətə dövlətimizin mövqelərini və gələcəyə dair baxışlarını çatdıraraq, ölkəmizin qlobal siyasətdə etibarlı tərəfdaş və mühüm aktor olduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan hər keçən gün tərəfdaşlarının sayını artırır və demək olar ki, dünya birliyi üçün açıq ölkəyə çevrilir.
Lalə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı