
Bakıda iki nəfərə qarşı dələduzluq edilib.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Nəsimi rayon ərazisində zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Mehman Mehdiyev