Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısıdır

Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısıdır


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyə” telekanalına müsahibə vermişdir. Dövlət başçısı müsahibə zamanı bir neçə əsas məqamlara toxunaraq bildirmişdir ki, Azərbaycan regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunması üçün prinsipial və ardıcıl siyasət həyata keçirir.Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəalar mövcuddur".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Jalə Həsənova deyib. O bildirib ki, müsahibə çərçivəsində ölkə başçısı Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş olduğunu, Avropaya, Türkiyəyə və digər bölgələrə enerji daşıyıcılarının çatdırılmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır:

"Möhtərəm Prezidentimiz həmçinin bərpaolunan enerji layihələri ilə bağlı Azərbaycanın yeni strateji planlarını da önə çəkmişdir.

Nəticə etibarı ilə Prezident cənab İlham Əliyevin “Əl-Ərəbiyə” telekanalına müsahibəsi Azərbaycanın regional lider, qlobal enerji təminatçısı və etibarlı tərəfdaş kimi mövqeyini bir daha bütün dünyaya nümayiş etdirmişdir".

Anar Əliyev
Xəbəri paylaş